Vergini telefonla da ödəyə biləcəyik

Vergini telefonla da ödəyə biləcəyik
  23 Aprel 2014    Oxunub:1112
Mobil operatorlara yeni səlahiyyətlər veriləcək.
AzVision.az-a bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildiriblər ki, Mərkəzi Bank «Ödəniş xidmətləri haqqında» yeni qanun layihəsində nağdsız ödənişlərin həyata keçirilməsində mobil rabitə operatorlarının rolunun artırılmasını planlaşdırır və artıq mobil rabitə operatorları ilə bu məsələ geniş müzakirə olunub:

“Layihədə mobil rabitə operatorlarına digər ödəniş təşkilatları ilə eyni səviyyədə xidmətlər göstərmək üçün bütün səlahiyyətlərin verilməsi nəzərdə tutulub. Bu, Vergilər Nazirliyinin də marağında olduğu məsələlərdəndir. Elektron ödəmələr, xüsusilə də vergi və rüsumların mobil telefonlarla həyata keçirilməsi vergi ödəyicilərinin rahatlığı, vaxt itkisinin qarşısının alınması və şəffaflığın təmin edilməsi baxımından vacibdir.”


Teqlər:





Xəbər lenti