Müharibədə ölən ukraynalı hərbçilərin sayı açıqlandı

   Müharibədə ölən ukraynalı hərbçilərin sayı açıqlandı
  20 İyun 2022    Oxunub:1123
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bəri Ukrayna ordusunun 10 minə yaxın hərbçisi həlak olub, 30 minə yaxını yaralanıb.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib. Onun sözlərinə görə, yaralı əsgərlərin təxminən 96-98 faizi yenidən ordu sıralarına qayıdır.

Bildirilib ki, Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin 1477 tank, 3 588 zirehli maşın, 749 artilleriya sistemi, 223 reaktiv yaylım atəşi sistemi, 98 hava hücumundan müdafiə sistemi, 216 təyyarə, 181helikopter, 601 operativ-taktiki PUA, 130 qanadlı raket, 14 gəmi/qayıq, 55 xüsusi texnika, 2527 avtomobilni məhv edib.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti