"Kiyev bu həftə Aİ-yə namizəd statusunu alacaq" - Bloomberg

   "Kiyev bu həftə Aİ-yə namizəd statusunu alacaq" -    Bloomberg
  21 İyun 2022    Oxunub:1050
Avropa Birliyinə üzv olan 27 ölkə bu həftə Ukraynaya rəsmən namizəd statusu vermək niyyətindədir. Bazar ertəsi Avropa İttifaqı səfirlərinin görüşündə heç kim qərarın əleyhinə çıxış etməyib.
Bloomberg: "Avropa qış qaz ehtiyatlarından istifadə etməyə başlayıb"
AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən mənbə deyib ki, qurum həmçinin Avropa Komissiyasının Moldovaya, eləcə də Gürcüstana ilk növbədə konkret əlavə şərtləri yerinə yetirəcəyi təqdirdə namizəd statusunun verilməsi ilə bağlı rəyini dəstəkləmək niyyətindədir.

"Bu status, siyasi gələcəyinin böyük hissəsini Avropa ilə daha sıx münasibətlərə sərmayə qoyan Ukrayna üçün xüsusilə əlamətdardır. Çünki o, Rusiyanın təcavüzünə qarşı mübarizədə mənəvi dəstək axtarır", - nəşr yazıb.

Xatırladaq ki, Aİ liderləri iyunun 23-24-də Brüsseldə görüşəcəklər. Məhz bu sammit zamanı Ukraynanın rəsmi olaraq Aİ üzvlüyünə namizəd olacağı gözlənilir. Statusun verilməsi ilə bağlı yekun qərar və hər hansı əlavə şərtlər isə bütün üzv dövlətlər tərəfindən təsdiqlənməlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Avropa-İttifaqı  





Xəbər lenti