“Avropa Ukraynada blef edir” – Rusiyalı politoloq

// "Məqsəd Ukrayna xalqına dəstək yox, taxıldır"

   “Avropa Ukraynada blef edir” –    Rusiyalı politoloq
  21 İyun 2022    Oxunub:2039
“Məncə, Şolts, Makron və Braqinin Kiyevə səfəri tamamilə faydasız oldu və üç aparıcı Avropa dövləti liderlinin imicinə müəyyən xələl gətirdi”. Bu sözləri AzVision.az-a rusiyalı politoloq Yevgeni Mixaylov deyib.
Onun sözlərinə görə tamamilə aydındır ki, Vladimir Zelenskini masa arxasına oturmağa razı salsalar belə, Rusiya onunla danışmaqdan imtina edəcək.
Orban: "ABŞ və Avropanın Kiyevə xərclədiyi pullar "yandı"

“Moskva danışıqlar masası arxasına yalnız Zelenski hökumətinin hərəkətlərini manipulyasiya edənlərlə əyləşəcək və fikrimcə, xüsusi hərbi əməliyyatın dayandırılması üçün yenə də Rusiya tərəfinin irəli sürdüyü şərtlərin yerinə yetirilməsinə zəmanət istəyəcək. Başqa cür olmamalıdır və Moskva gec-tez bütün məqsədlərinə çatacaq.

Digər tərəfdən, mən Avropa liderlərinin səfərinin və Emmanuel Makronun Ukrayna ilə birliyə dəstək bəyanatının blefdən başqa bir şey olmadığından şübhələnirəm. Belə bir nüfuzlu nümayəndə heyətinin əsas vəzifəsi Ukraynadan taxıl tədarükü problemini həll etmək idi. Ukrayna xalqı onların vecinə də deyil. Ancaq heç nə onların xeyrinə olmadı, vəziyyət getdikcə daha çox nəzarətdən çıxır. Üstəlik, Avropa İttifaqı Kiyevi silahla təchiz etməyi dayandırmasa, gərginliyin onun özünə keçəcəyi təhlükəsi də var”, - Mixaylov bildirib.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az



Teqlər: Ukrayna   Müharibə  





Xəbər lenti