Rusiyalı jurnalist Nobel medalını 103 milyon dollara satır

   Rusiyalı jurnalist Nobel medalını    103 milyon dollara satır
  21 İyun 2022    Oxunub:1398
Rusiyada nəşr olunan “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov Nobel Sülh Mükafatı medalını 103,5 milyon dollara hərraca çıxarıb. Ümumdünya Qaçqınlar Günündə satışda 23 karatlıq qızıl medaldan qazanılan pul ukraynalı qaçqınlara xərclənəcək.
Muratov bildirib ki, satışdan əldə olunan bütün pullar Ukraynadakı müharibədən qaçan qaçqınlara yardıma gedəcək.

Muratov 2021-ci ildə Filippinli jurnalist Maria Ressa ilə birlikdə ifadə azadlığını müdafiə etdiyinə görə sülh mükafatına layiq görülüb. NTV-də yer alan xəbərə görə, “Novaya qazeta” mart ayında Rusiyanın Ukraynaya müdaxiləsindən qısa müddət sonra fəaliyyətini dayandırıb. Bu, Moskvanın Rusiyanın Ukraynadakı hərəkətlərini “müharibə” kimi xarakterizə edən hər kəsin böyük cərimələr və ya işlərin dayandırılacağını söyləməsindən sonra baş verib.

Rusiyanın başlatdığı hücumlar nəticəsində 6 milyondan çox ukraynalı qadın və uşaq qaçqın vəziyyətinə düşüb.







Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti