İlon Maskın oğlu cinsini və soyadını dəyişir

İlon Maskın oğlu cinsini və soyadını dəyişir
  21 İyun 2022    Oxunub:1547
Dünyanın ən zəngin adamı, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskın oğlu Xavyer Aleksandr Mask atasının soyadından imtina etmək və cinsini dəyişmək qərarına gəlib.
18 yaşlı Xavyer bununla bağlı məhkəməyə müraciət edib.

"Bioloji atamla yaşamıram və onunla heç bir formada əlaqəmin qalmasını istəmirəm",- deyə, o izahatda yazıb. Xavyer adını Vivyen Cenna Uilson olaraq dəyişmək istəyir.

Qeyd edək ki, Xavyer İlonun keçmiş həyat yoldaşı Castin Uilsondan olan oğludur.

AzVision.az


Teqlər:



Xəbər lenti