Ərdoğan Kaya Kallas ilə Ukraynadan danışdı

   Ərdoğan Kaya Kallas ilə Ukraynadan danışdı
  21 İyun 2022    Oxunub:1216
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Estoniyanın Baş naziri Kaya Kallas arasında telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Liderlər ikitərəfli münasibətləri və Rusiya-Ukrayna müharibəsini müzakirə edib.

Ərdoğan Ukraynadan buğda və kənd təsərrüfatı məhsullarının ixracı üçün Qara dəniz üzərindən dəhlizin açılmasının vacibliyini bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti