Türkiyədə meşə yanır: 20 helikopter, 14 təyyarə cəlb olunub

   Türkiyədə meşə yanır:    20 helikopter, 14 təyyarə cəlb olunub
  22 İyun 2022    Oxunub:1500
Türkiyənin Muğla vilayətində meşə yanğını baş verib.
Yanğın Marmaris rayonunda qeydə alınıb. Yanğınla mübarizəyə canlı qüvvə və helikopterlər cəlb olunub. Dronlar tərəfindən aşkarlanan yanğın küləyin təsiri nəticəsində qısa müddətdə böyük əraziyə yayılıb. Yanğın təhlükəsi ilə əlaqədar 30 ev təxliyə edilib

Daxili işlər naziri Süleyman Soylu hadisə yerindədir. Bördübet məhəlləsində yanğının söndürülməsinə həm yerdən, həm də havadan müdaxilə edilir. 250 hektar ərazini əhatə edən yanğının söndürülməsinə 20 helikopter və 14 təyyarə cəlb olunub.

Yanğının qarşısının alınmasında ümumilikdə 1494 yanğınsöndürən, 363 yanğınsöndürən maşın və 39 texnika iştirak edir.


AzVision.az


Teqlər:



Xəbər lenti