Cənubi Koreyada meymun çiçəyinə ilk yoluxma

Cənubi Koreyada    meymun çiçəyinə ilk yoluxma
  22 İyun 2022    Oxunub:803
Cənubi Koreyada meymun çiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb. Bu barədə çərşənbə günü Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Agentliyə istinadən Yonhap agentliyi məlumat yayıb.
Həkimlər bildiriblər ki, meymun çiçəyi xəstəliyinə oxşar simptomları olan xəstənin analizlərinin nəticələri şübhələri təsdiqləyib. Həmin şəxs çərşənbə axşamı Almaniyadan qayıdıb.

Daha əvvəl Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Milli Agentlik çərşənbə axşamı axşam ölkədə iki nəfərdə meymun çiçəyinə bənzər simptomlar olduğunu bildirmişdi. Xəstələr xəstəxanada təcrid olunmuş vəziyyətdə yerləşdirilib. İkinci iddia edilən hal bazar ertəsi ölkəyə gələn əcnəbidir. Yonhap-ın məlumatına görə, onun testi mənfi çıxıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti