Aqşin Fatehin obyektində dava düşdü - VİDEO

   Aqşin Fatehin obyektində dava düşdü -    VİDEO
  22 İyun 2022    Oxunub:1261
Meyxanaçı Aqşin Fateh ötən axşam canlı efirini yarımçıq tərk edib.
ARB TV-də yayımlanan “Həmin Zaur” verilişində qonaq olan Aqşinin efiri tərk etməsinə səbəb əlinin ağrıması olub. Verilişə əlisarıqlı gələn ifaçı başına gələn hadisəni belə şərh edib:

“Bu yaxınlarda bizim məkanda ara qarışmışdı. Mən dava etməmişəm. Dava edənləri aralayanda əlim birinin boğazına keçdi. Barmaq yerindən çıxdı. Sınıqçı bir saat üstündə əlləşdi”.

Verilişdə qonaq olan digər ifaçı Şəbnəm Tovuzlu isə həmkarı ilə səhər proqramında qonaq olarkən əlinin şiş olduğunu deyib.

Ətraflı süjetdə:



AzVision.az



Teqlər:





Xəbər lenti