ABŞ hərbçisi Mokvada Z hərfinə orta barmağını göstərdi - FOTO

   ABŞ hərbçisi Mokvada Z hərfinə orta barmağını göstərdi -    FOTO
  22 İyun 2022    Oxunub:881
ABŞ-ın Moskvadakı səfirliyinin hərbi- dəniz attaşesi Deyl Samuel paytaxtda velosiped sürərkən “Z” simvoluna qarşı ədəbsiz jest nümayiş etdirərək foto çəkdirib.
O, Kremlin Ukraynada xüsusi əməliyyatının simvoluna çevrilən Z hərfinin yazılıb yapışdırıldığı dirəyə yaxınlaşaraq orta barmağını göstərib. Amerikalının görüntüləri sosial şəbəkələrdə yayılıb.

Samuel müşahidə kamerasına düşdüyünü anlayanda maşına minib və bir daha orta barmağını kameraya göstərib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova hadisəyə şeirlə cavab verib:

"Qanunlar Dövlət Departamentinə yazılmayıb: səfirlik qoşunları hamı Moskvadan qovulana qədər körpüləri yandırır, barmaqdan, asfaltdan və dirəklərdən istifadə edirlər", - Zaxarova teleqram kanalında yazıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti