Gələcəyimizi qoruyaraq qurmalıyıq!

     Gələcəyimizi qoruyaraq qurmalıyıq!
  22 İyun 2022    Oxunub:2355
İşğaldan azad olunmuş ərazilərimizə köç başlayandan sonra ən çox diqqət və nəzarət edilməli sosial qruplardan biri uşaqlar olacaq. Uşaqların təhlükəni qavraması böyüklərdən fərqlənir; onlar çox vaxt məsələnin ciddiliyini tam anlamır, əksinə, bir oyun kimi başa düşürlər. Hətta uşaqların müəyyən mənada təhlükəyə meyli də olur.
Buna görə də Azad Edilmiş Ərazilərimizdə ən vacib işlərimizdən biri balacaları mina və partlamamış sursatlardan hifz etmək olacaq. Bu məsuliyyətdə hamının payı var: Valideynlərin, müəllimlərin, yaşlı qohum-qonşuların, böyük dost və bacı-qardaşların... Heç kim yaxasını qırağa çəkə bilməyəcək.
Risklə axmaqlığın fərqi

Biz uşaqlara təhlükənin reallığını və miqyasını özümüzün dünyagörüşümüzə uyğun yox, onların anladığı dildə, onların hər şeyi düzgün başa düşdüyünə əmin olaraq izah etməliyik. Heç bir istiqamətdə zərrə qədər də heç bir boşluq buraxılmamalıdır. Uşaqlarımızı qorumaq üçün atılan bütün addımlarda maksimal effektivlik və nəticə lazımdır.

Biz azad edilmiş torpaqlarımızda Böyük Gələcək qurmağa gedirik. Uşaqlar da bir gələcəkdir – kiçik gələcək. Biz gələcəyimizi qoruyaraq qurmalıyıq. Sözün hər iki mənasında.




Teqlər:   Mina  





Xəbər lenti