Mağazanın damını söküb oğurluğa girdilər

Mağazanın damını söküb oğurluğa girdilər
  25 İyun 2022    Oxunub:945
Ağdaşda mağazanın damını söküb oğurluğa girən şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisindəki mağazanın qapısı dəmir məhəccərlərlə bağlı olduğu üçün oğrular mağazanın damını sökərək içəriyə daxil olublar. Onlar əvvəlcə müşahidə kameralarının yaddaş qurğusunu sıradan çıxarıb, daha sonra isə kassada olan 3000 manat pulu, eləcə də 5000 manat dəyərində tütün məmulatlarını oğurlayıblar.

Cinayəti törədənlərdən biri, əvvəllər də adam öldürməyə görə məhkum olunmuş Rafiq Muradlı polis əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılan zaman müqavimət göstərib qaçmağa çalışsa da, polis əməkdaşları onun bu cəhdinin qarşısını alıb və istintaqa təhvil verib.

Oğurladıqları tütün məmulatları ondan maddi sübut kimi götürülüb. Cinayəti törədən digər şəxsin isə kimliyi müəyyən edilib və saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı cinayət işi başlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti