Sevgilisini döyən futbolçunun həbs müddəti uzadıldı

Sevgilisini döyən futbolçunun həbs müddəti uzadıldı
  25 İyun 2022    Oxunub:973
"Mançester Yunayted"in sevgilisinə şiddət göstərməkdə şübhəli bilinən futbolçusu Meyson Qrinvudun şərti həbs müddəti uzadılıb.
AzVision.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. İşlə bağlı növbəti iclasdan sonra məhkəmə onun şərti həbs müddətini uzadıb. Böyük Mançester Polisi, oyunçuya qarşı ittiham irəli sürülməyincə və ya sərbəst buraxılana qədər Qrinvudun işi ilə bağlı əlavə məlumatların gəlməyəcəyini bildirib.

Qeyd edə ki, Qrinvudun keçmiş sevgilisinə zorakılıq etdiyini bildirən bir sıra fotoşəkillər sosial mediada yayıldıqdan sonra 20 yaşlı gənc yanvar ayında evində saxlanılıb.

AzVision.az



Teqlər: Futbolçu  





Xəbər lenti