Nazirliyə 21824 müraciət daxil olub

Nazirliyə 21824 müraciət daxil olub
  24 Aprel 2014    Oxunub:1441
Bu ilin 1-ci rübündə dövlət vergi orqanlarına cəmi 21824 müraciət daxil olub ki, onlardan 98,7%-i ərizə, 1,2%-i şikayətdir.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, müraciətlərin 39,2%-i müxtəlif arayışların alınması, 29,4%-i kameral vergi yoxlamaları, 6,8%-i səyyar vergi yoxlamaları, 8%-i vergi borcları, 0,2%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,1%-i korrupsiya hüquqpozmaları, 15,6%-i digər məsələlərlə bağlıdır.

Hesabat dövründə vergi orqanlarına daxil olan şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrünə nisbətən 18,9% azalıb, eyni və təkrar müraciətlər nəzərə alınmaqla faktiki şikayətlərin sayı cəmi 159-a çatıb.

Vergilər Nazirliyi tərəfindən qəbul edilmiş 197 nəfər vətəndaşın müraciətlərinin 55-i vergi orqanlarında işə qəbul olunma, 15-i iş yerinin dəyişdirilməsi, 1-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət, 126-sı maddi yardım almaq, şəxsi və digər məsələlərlə əlaqədar olub.



Teqlər:





Xəbər lenti