Ərdoğan ermənilərə niyə başsağlığı verdi? - AKTUAL

Ərdoğan ermənilərə niyə başsağlığı verdi? - AKTUAL
  24 Aprel 2014    Oxunub:2461
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qondarma “erməni soyqırımı” ilə bağlı erməni xalqına başsağlığı verib. Baş nazirin gözlənilməz jesti nə Türkiyədə, nə də Azərbaycanda xoş qarşılanmadı. Ərdoğanın illər sonra ermənilərə xitabən ünvanladığı başsağlığı rəsmi Ankaranın “erməni soyqırımını” qəbul etməsi kimi qiymətləndirildi.

Ərdoğanın mesajında deyilir: “Qədim və bənzərsiz bir coğrafiyanın bənzər ənənə və adətlərinə sahib xalqlarının, keçmişlərini yetkinliklə danışa biləcəklərini, itkinlərini özlərinə yaraşan üsullarla və birlikdə yad edəcəklərinə ümid və inancla XX əsrin əvvəlindəki şərtlərdə həyatlarını itirən ermənilərin dinclik içində yatmalarını diləyir, nəvələrinə başsağlığı çatdırırıq”.

Ərdoğan mesajına bunları da əlavə edib: “Türk, erməni və beynəlxalq tarixçilərin görəcəyi iş 1915-ci il hadisələrinin açılmasında və tarixin doğru başa düşülməsində əhəmiyyətli bir rol oynayacaq”.

Mətbuat səhifələrindən göründüyü kimi Ərdoğanın bu açıqlaması ictimaiyyət arasında şok effekti yaradıb.

Ərdoğanın bu mesajına Ermənistandan reaksiya gecikmədi. Amerika Erməni Milli Komitəsi (ANCA) Baş nazir Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı başsağlığı mesajını qəbul etmədiyini açıqladı.
ANCA-nın direktoru Aram Hamparian Ərdoğanın mesajını qondarma erməni soyqrımından qaçmaq kimi qiymətləndirib.

"Bu əyri fikiri nə gerçəklər, nə də dünyanın böyük əksəriyyətinin qəbul etdiyi hüquq və ya əxlaq qaydaları qəbul etməz”.

Maraqlıdır, Ərdoğanın siyasi qalmaqala səbəb olan başsağlığı mesajı nəyə hesablanmışdı? Rəsmi Ankara bununla nə qazandı?

Türkiyə baş nazirinin bu addımını politoloq Qabil Hüseynli AzVision.az-a şərh edib. Politoloq hesab edir ki, Ərdoğanın ermənilərə başsağlığı verməsi uğursuz alındı.

Q.Hüseynli vurğulayıb ki, bu addımın nəyə hesablandığını söyləmək çətindir: “Amma onu demək olar ki, bu, çox uğursuz açıqlamadır. Bu açıqlama ermənilərin ayağının altına daş qoyacaq. Düşünmürəm ki, bu, hansısa diplomatik gedişdir”.

Politoloq hesab edir ki, bu açıqlama qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində ermənilərin fəallığını müəyyən qədər sakitləşdirəcək.

“Buna baxmayaraq bu açıqlama ermənilərin yeni iddialar irəli sürməyinə şərait yaradacaq. Yəni onlar yenidən təzminat və ərazi iddialarını gündəmə gətirəcəklər. Məsələnin beynəlxalq hüquq çərçivəsində müzakirə edilməsinə nail olmağa çalışacaqlar. Bir sözlə, Türkiyəni daha çətin duruma salmağa cəhd göstərəcəklər. İndiki şəraitdə Türkiyənin baş naziri bunu etməməli idi”.

Qeyd edək ki, Әrdoğanın 1915-ci ildә cәrәyan hadisәlәrdә hәyatlarını itirәn ermәnilәrә başsağlığı vermәsi dünya mətbuatında da əks-səda yaradıb. Bu mesaj bütün dünyanın diqqәtini çәkib.

Xəbər agentlikləri, qəzetlər və internet saytları Ərdoğanın bir ilkә imza atdığına diqqət çəkib, mesajın gözlənilməz, ancaq yüksәk qiymәtlәndirildiyini bildiriblәr.

9 ayrı dildə nəşr olan ASOŞEYTID Pres agentliyi, Ərdoğanın başsağlığı verdiyi mesajını, dünyaya çatdırıb.

Agentlik bildirib ki, Baş nazir, Türkiyənin rədd etdiyi “ soyqırım” sözünü istifadə etmədi , bunun yerinə Köç dedi. Bunun qeyri -ı insani nəticələr doğurduğunu vurğuladı.

ROYTERS xәbәr agentliyi isә baş nazir Әrdoğanın başsağlığı mesajının gözlənilməz olduğuna diqqәt çәkib.

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan, Osmanlı dövründә öldürülən ermənilərin nəvələrinə başsağlığı verdiyini bildirәn agentlik, Ərdoğanın digər Türk liderləriylә müqayisәdә daha uzlaşdırıcı üslub sәrgilәdiyini, 1915 hadisələrini, insanlıq ilә uygunlaşmayan sözü ilә xarekterizә etdiyini qeyd edib.

İsrail qəzeti Jerusalem Postun internet saytında bildirilib: Ərdoğan erməni soyqırımını qәbul etmir, ancaq ailələrə baş sağlığı verir. Bir çox agentlik vә saytda da bәnzәr şәrhlәr әks edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti