Gürcüstanla Rusiya arasındakı yeganə quru sərhədi bağlandı
Bildirilir ki, ölkə ərazisində yağan güclü leysan yağışları nəticəsində Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil magistralının 136-cı kilometrliyində yolun xeyli hissəsi uçub. Teqri çayının məcrasından çıxması nəticəsində bölgədə fövqəladə vəziyyət yaranıb.
“Kazbeqi” sərhəd keçid məntəqəsinin əməkdaşları, ərazidə olan sürücülər və sərnişinlər təhlükəsiz yerə köçürülüblər. Hazırda ərazidə xilasetmə və təmir–bərpa işləri aparılır. Departament yolun tez bir zamanda istifadəyə verilməsi üçün bütün imkanlardan istifadə edir.
AzVision.az
Teqlər: