Xəzərdə 46 yaşlı kişi batıb

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1976-cı il təvəllüdlü İbişov Taleh İbad oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
AzVision.az
Teqlər: