Tesla, Ford və GM elektrik avtomobillərinin qiymətlərini artıracaq
Tesla Inc., Ford Motor Co., General Motors Co., Rivian Automotive Inc. və Lucid Group Inc. son aylarda bir sıra elektromobil modellərinin qiymətlərini artırıb.
Belə ki, keçən həftə GM şirkəti “GMC Hummer” elektrik pikapının qiymətini 6,25 min dollar qaldırıb. İndi onun qiyməti təxminən 85.000 dollardan 105.000 dollara qədər dəyişir. 2022-ci ildə Tesla “Model Y SUV Performance” versiyasının qiymətini üç dəfə artıraraq qiymət etiketini təxminən 9% artırdı. İndi modelin qiyməti 69,9 min dollardır.
ABŞ-da elektrikli avtomobillərin orta qiyməti may ayında bir ilin eyni dövrü ilə müqayisədə 22% artaraq təxminən 54.000 dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, daxili yanma mühərrikli avtomobillərin orta qiyməti həmin dövrdə 14% artaraq təxminən 44,4 min dollar təşkil edib.
AzVision.az
Teqlər: