Tanınmış vəkil 17 nəfərə dələduzluq etməkdə təqsirləndirilir

   Tanınmış vəkil 17 nəfərə dələduzluq etməkdə təqsirləndirilir
  01 İyul 2022    Oxunub:1803
Azərbaycanda dələduzluqda təqsirləndirli bilinib həbs edilən tanınmış vəkil Vüqar Səfərlinin barəsindəki istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib. İş üzrə 17 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Qeyd edək ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzluqda ittiham olunur.

O, bir neçə vətəndaşın etimadından istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır.

Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloqer Sabina Katanovadır. Ona 130 min manatdan çox zərər vurulduğu bildirilir. Vüqar Səfərli bu əməlləri ilə bağlı Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.(AP)

AzVision.az


Teqlər:





Xəbər lenti