Ukrayna müharibəsi nə vaxt bitəcək? - Kəşfiyyat rəhbərinin proqnozu

   Ukrayna müharibəsi nə vaxt bitəcək? -   Kəşfiyyat rəhbərinin proqnozu
  04 İyul 2022    Oxunub:894
"Gələn aydan etibarən Rusiyaya qarşı müharibədə dönüş nöqtəsi olacaq müəyyən hadisələr baş verəcək. Aktiv döyüşlərin əksəriyyəti bu ilin sonuna qədər başa çatacaq".
Ukrayna ordusuna hər ay 4 milyarddan çox pul xərclənir - Baş nazir
AzVision.az xəbər verir ki, bu proqnozu "RBK-Ukrayna"ya müsahibəsində Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov səsləndirib. O qeyd edib ki, ilin sonunda aktiv hərbi əməliyyatlar kifayət qədər azalacaq. "Amma bu hələ son deyil. Nə dediyimi düzgün başa düşmək lazımdır",- Budanov deyib.

Ukrayna kəşfiyyatının rəhbəri vurğulayıb ki, o, böyük müharibənin sonunu məhz 1991-ci ildəki sərhədlərə qayıtmaqda görür. Başqa heç bir ssenari nəzərə alınmır.

Jurnalistlərin “Müharibə nə vaxt bitə bilər və bunun üçün nə lazımdır?” sualına Baş Kəşfiyyat İdarəsinin rəisi belə cavab verib: “Belə düşünürəm ki, gələn il”.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ukrayna   Rusiya   Müharibə  







Xəbər lenti