"Ukrayna ordusu Xersonda snayper məsafəsində mövqelənib"- The Economist

   "Ukrayna ordusu Xersonda snayper məsafəsində mövqelənib"-    The Economist
  04 İyul 2022    Oxunub:926
Ukrayna Silahlı Qüvvələri artıq Xerson istiqamətində özlərinin taktiki uğurları ilə öyünə bilər. Bununla belə, rus işğalçıları təslim olmaq fikrində deyillər.
Ukrayna müharibəsi nə vaxt bitəcək? - Kəşfiyyat rəhbərinin proqnozu
AzVision.az xəbər verir ki, bu barədə "The Economist" yazıb.

Nəşr yazır ki, adının çəkilməsin istəməyən ukraynalı hərbi kəşfiyyatçı onlara maraqlı fakt açıqlayıb. O qeyd edib ki, artıq Silahlı Qüvvələrin qabaqcıl bölmələrinin snayperləri Xerson ətrafında elə mövqeləniblər ki, onların "əli hər yerə çatır".

“Növbəti həftə, yaxud da iki həftə sonra proseslər daha maraqlı olacaq", - kəşfiyyatçı deyib.

Məqalədə o da yazılıb ki, baş verən hadisələr bütün cəbhələrdə tam əks-hücum kimi görünmür.

“Açıq Xerson ovalığı o deməkdir ki, Ukraynanın oradakı istənilən hücumu zamanı Rusiya artilleriyasının tam gücü hiss olunacaq”, - The Economist yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna  





Xəbər lenti