Füzulidə kanalda batan 11-ci sinif şagirdi olub - YENİLƏNİB

Ötən gün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Baş Mil kanalında axtarışlar zamanı onun meyiti tapılaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Zaur Süleymanov 11-ci sinifi bu il bitirib. O, "Son zəng"i tədbirindən bir müddət əvvəl itkin düşmüşdü.
***
Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında naməlum kişi meyiti aşkarlanıb .
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Meyitin kanaldan çıxarılmasına kömək məqsədilə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.
Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
AzVision.az
Teqlər: FHN