Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlandı

   Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlandı
  05 İyul 2022    Oxunub:2524
İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlanıb.
İrəvanın məhv edilən azərbaycanlı məhəlləsi - VIDEO
AzVision.az xəbər verir ki, bu barədə “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın təqdimatında bildirilib.

Qeyd edilib ki, İrəvan, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırım prosesi ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Təpəbaşı   İrəvan  



Xəbər lenti