FT: "Asiya ölkələrinin Qərb tərəfdaşlarına etibarı azalıb"

      FT:    "Asiya ölkələrinin Qərb tərəfdaşlarına etibarı azalıb"
  05 İyul 2022    Oxunub:1128
Asiya ölkələri Qərb tərəfdaşlarının etibarlılığına onlarla qarşılıqlı siyasi risklərin artması fonunda şübhə etməyə başlayıblar.
Bu barədə Britaniyanın Financial Times (FT) qəzeti məlumat yayıb. Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunun (Chatham House) Asiya-Sakit Okean Tədqiqat Proqramının (APR) direktoru Ben Bland bildirib ki, əvvəllər Qərbi tərəfdaş hesab edən bir çox Asiya ölkələri onun etibarlılığına, resurslar ayırmaq istəyinə və dünyada davamlı siyasi təsirin mövcudluğuna şübhə etməyə başlayır.

Onun fikrincə, Şərqin bir çox aparıcı siyasi xadimləri Böyük Britaniya, Aİ və ABŞ-ın özləri bir sıra ciddi daxili böhranlar yaşadığı bir şəraitdə onlara arxayın olmağın mümkün olub-olmadığına əmin deyil. Qəzet xüsusilə qeyd edir ki, Asiya ölkələri Böyük Britaniyanın baş naziri Boris Consonun xaotik siyasəti, ABŞ-ın 45-ci prezidenti Donald Trampın hakimiyyətə qayıdışı perspektivi, Aİ daxilində gərginlik, Qərb ölkələrində qeyri-sabit vəziyyət və Fransada ifrat sağ hərəkatların güclənməsindən narahatdır.

Asiya tərəfdaşları Qərbin öz tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə şübhə ilə yanaşmağa başlayıblar və Çinlə qarşılıqlı münasibətlər qurmağa daha çox hazırdırlar.


AzVision.az



Teqlər:



Xəbər lenti