İrəvanda aksiya: "Bizi unutdurur, "qaçqın" statusu vermək istəmirlər"

      İrəvanda aksiya:    "Bizi unutdurur, "qaçqın" statusu vermək istəmirlər"
  05 İyul 2022    Oxunub:1181
Ermənistanda növbəti dəfə etiraz aksiyası keçirilib. AzVision.az xəbər verir ki, hökumətin "qaçqınlar" siyasətinə etiraz edən bir qrup erməni onlara hələ də qaçqınlı statusunun verilməməsindən gileylənib.
Qarabağdan qaçan ermənilər İrəvanda aksiya keçiriblər- VİDEO
Özlərini Qarabağdan qaçan kimi təqdim edən etirazçılar narazılıq ediblər ki, Ermənistan hakimiyyəti Hadrut və Şuşada yaşamış ə hazırda İrəvanda məskunlaşan erməniləri unudub.

- Biz "qırğınlar"dan qaçdıq və Ermənistana gəldik. Niyə bizə status vermək istəmirlər? – aksiya iştirakçılarından biri jurnalistlərə deyib.

O fikirlərinə onu da əlavə edib ki, Ermənistanın baş naziri açıq şəkildə deyir ki, Laçın şəhəri ilə Zabux kəndi SSRİ dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmayıb və onları Bakıya təhvil vermək lazımdır.

- Amma Hadrut, Əsgəran rayonlarının bir sıra kəndləri də DQMV-nin tərkibində olub və onların "sakinləri" də öz evlərinə qayıtmalıdır. O zaman niyə hakimiyyət bizə qaçqın statusu vermir ki, sonradan beynəlxalq hüquq normalarına uyğun olaraq bu məsələni qaldırsınlar? - nümayişçilərdən biri gileylənib.

Aksiya iştirakçılarının sözlərinə görə, onlar artıq XİN-də, Ombudsman Aparatında, Dövlət Miqrasiya Xidmətində keçirdikləri görüşlərdə bu məsələni qaldırıblar. Orada etirazçılara deyiblər ki, onların problemi siyasi məsələdir.

Aksiyanın təşkilatçısı “Hadrut naminə” qeyri-hökumət təşkilatının rəhbəri Levon Hayriyan isə deyib ki, sabah səhər saat 11-də yenidən hökumət binasının qarşısına toplaşacaqlar və bundan sonra BMT-nin daimi nümayəndəliyi, Xarici İşlər Nazirliyi, Fransa və ABŞ səfirlikləri qarşısında piket keçirəcəklər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya   Qaçqın  



Xəbər lenti