Qarabağdan qaçan ermənilər İrəvanda aksiya keçiriblər- VİDEO

   Qarabağdan qaçan ermənilər İrəvanda aksiya keçiriblər-    VİDEO
  18 Fevral 2022    Oxunub:1599
Bu gün Ermənistanda növbəti dəfə etiraz aksiyası keçirilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Azərbaycan torpaqları işğalda saxlanılarkən burada məskunlaşdırılmış ermənilər müharibədən sonra Ermənistanda lazımsız kütlə kimi qalmalarından şikayətləniblər.

Erməni sürücülər etiraz aksiyası keçiriblər- VİDEO
"Hadrut naminə" İctimai Birliyinin rəhbəri Leon Ayryan deyib ki, hazırda lazımsız bir kütlə kimi hava qalıblar.



- Biz kim olduğumuzu bilmək istəyirik. Biz qaçqınıq, mühacirik, erməniyik yoxsa amerikalı? Əgər sualımız onları qane etməsə, başqa sual verəcəyik ki, bəs sən kimsən?,- Ayryan gileylənib.

İrəvandakı Respublika meydanında hökumətə etiraz edən ermənilər onlara ödənilən "qaçqın pul"unun azlığından da şikayət ediblər.



Qeyd edək ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən Ermənistan bir vaxtlar işğaldan azad olunan ərazilərdə məskunlaşdırdıqları ermənilərin sosial, ev problemlərini həll edə bilmir. Bu səbəbdən də hələlik statusu bəlli olmayan bu kütlə tez-tez etiraz aksiyaları keçirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   Ermənistan  





Xəbər lenti