Conson Ukraynaya yeni silahların təhvil verildiyini açıqlayıb

   Conson Ukraynaya yeni silahların təhvil verildiyini açıqlayıb
  05 İyul 2022    Oxunub:1365
Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynaya 10 özüyeriyən artilleriya sisteminin təhvil verildiyini açıqlayıb. AzVision.az xəbər verir ki, bu barədə baş nazir Boris Conson ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında baş tutan danışıqdan sonra Britaniya hökumətinin saytında dərc edilmiş bəyanatda məlumat verilib.
Britaniya Ukraynaya müasir raketlər verəcək
"Prezident Zelenski Ukraynadakı mövcud vəziyyət və Rusiyanın ən son nailiyyətləri haqqında danışıb. Baş nazir Britaniyanın ən son hərbi texnikası, o cümlədən 10 özüyeriyən artilleriya sistemi və qanadlı sursatlar (kamikadze dronları) haqqında da son məlumatları verib. Hansılar ki, yaxın günlər və həftələrdə çatdırılmalıdır”, - məlumatda deyilir.

Onlar həmçinin Ukrayna taxılının ixracı məsələlərini də müzakirə ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Silah   Britaniya   Ukrayna  



Xəbər lenti