Kürdə 16 yaşlı gənc batıb

Kürdə 16 yaşlı gənc batıb
  05 İyul 2022    Oxunub:964
Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində 16 yaşlı gənc batıb. Bu barədə AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
"112" qaynar telefon xəttinə Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

AzVision.az



Teqlər: FHN  





Xəbər lenti