"Bu iki şəhər uğrunda döyüşlər həlledici olacaq" - İsrailli ekspert

   "Bu iki şəhər uğrunda döyüşlər həlledici olacaq" -    İsrailli ekspert
  05 İyul 2022    Oxunub:1813
Hazırda işğal altında olan iki cənub şəhəri olan Xerson və Melitopol uğrunda döyüşlər Rusiya ilə müharibədə həlledici olacaq. AzVision.azxəbər verir ki, bu fikri tanınmış hərbi ekspert, İsrail Müdafiə Qüvvələrinin zabiti İqal Levin "Radio NV"nin efirində deyib.
Kedmi: "ABŞ Rusiya ilə nüvə müharibəsinin ilk dəqiqələrində məhv olacaq"
- Əsas döyüşlər cənubda inkişaf edəcək və əlbəttə ki, bu, Xerson və Melitopol uğrunda olacaq. Bu, müharibədə gələcəyin açarıdır. Açar göstərəcək ki, döyüşlər neçə il davam edəcək və s. Ukrayna bacarıqlı şəkildə silahlardan istifadə edə bilsə və əgər Ukrayna əhəmiyyətli uğurlar qazansa, böyük ərazilər azad olunacaq. Bu isə Qərbin münasibətini, Rusiyanın yanaşmasını və gül-çiçəklə görüşən kollaborantların, satqınların əməkdaşlıq səviyyəsini kökündən dəyişəcək. Bu, ümumilikdə hər şeyə təsir edəcək, - ekspert deyib.

Levin Donbass uğrunda döyüşün müharibədə həlledici olacağı ilə bağlı deyilənlərlə razılaşmayıb.

- Böyük döyüşlər gedir, lakin bunlar genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin gələcəyini müəyyən edən döyüşlər deyil. Xerson, Melitopol əsas şəhərlərdir. Və ümumilikdə cənub əsasdır... Çünki cənub həm Krım üçün təhlükədir, həm də daralan cəbhədir. Ukrayna şəhərləri də daxil olmaqla bütün ərazilərini geri qaytara biləcəyini göstərə biləcək, - israilli zabit qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Müharibə   Ekspert  



Xəbər lenti