Kedmi: "ABŞ Rusiya ilə nüvə müharibəsinin ilk dəqiqələrində məhv olacaq"

      Kedmi:    "ABŞ Rusiya ilə nüvə müharibəsinin ilk dəqiqələrində məhv olacaq"
  09 Fevral 2022    Oxunub:1814
Rusiya ilə Qərb ölkələri arasında yaranmış gərginlik pik həddə çatıb. Artıq tərəflər nüvə silahından istifadə edilməsi ehtimalını dilə gətirirlər.
AzVision.az xəbər verir ki, Rusiya mediası mümkün nüvə savaşının başlanacağı təqdirdə NATO ölkələrinin daha çox zərər çəkəcəyini yazıb.

"Forbes": "Ukrayna təyyarələrinin ruslara qalib gəlmək şansı yoxdur"
- İsrailli politoloq Yakov Kedmi belə hesab edir ki, Qərblə Rusiya arasında nüvə müharibəsi başlayarsa, ilk növbədə ABŞ məhv ediləcək. Ekspert əmindir ki, Vaşinqton da bunu yaxşı bilir. Əgər Rusiyanın böyük ərazisinı, coğrafiyasını nəzərə alsaq və böyük zərər və zərbə olacaqsa, o zaman Qərb dünyası öz mövcudluğunu dayandıracaq. Bu, dünya müharibəsinin ilk dəqiqələrində və ya saatlarında baş verə bilər. Onlar da bunu yaxşı bilirlər,-politoloq deyib.



Ekspertin fikrincə, hazırda dünyanın heç bir ölkəsinin Rusiya ordusu ilə vuruşmağa gücü çatmır. Təcavüzkar üçün hər şey olduqca kədərli bitəcək. Eyni zamanda dünya müharibəsində bütün ölkələrə böyük ziyan dəyəcək.

- Bununla belə, ən çox ABŞ zərər çəkəcək. Əslində, onlar daha mövcud olmayacaqlar. Amerika torpağında isə min il ərzində heç nə yetişməyəcək...

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.

ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Nüvə   ABŞ  





Xəbər lenti