"Forbes": "Ukrayna təyyarələrinin ruslara qalib gəlmək şansı yoxdur"

      "Forbes":    "Ukrayna təyyarələrinin ruslara qalib gəlmək şansı yoxdur"
  09 Fevral 2022    Oxunub:1162
Amerikanın məşhur "Forbes" nəşri son zamanlar Avropada yaranmış yeni müharibə təhlükəsi barədə yazıb. AzVision.az xəbər verir ki, məqalə müəllifi Ukrayna ilə Rusiya ordusunun maraqlı müqayisəsini aparıb.
Qeyd edilir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin bazası (HHQ) köhnəlib və Rusiya Aerokosmik Qüvvələrindən daha aşağı səviyyədədir. Üstünlük həm kəmiyyət, həm də keyfiyyət baxımından Rusiya tərəfindədir. Nəşr qeyd edib ki, Ukraynanın cəbhə xəttində 125 döyüş təyyarəsi var.

Amerikalı generaldan nüvə xəbərdarlığı: "O uçan Çernobıldır"
- Onların arasında 71 qırıcı var ki, bunlardan yalnız 34-ü döyüşə hazır ikimühərrikli Su-27-lərdir. Hərbi qarşıdurma halında, bu onlarla köhnəlmiş hərbi təyyarəyə qarşı Rusiya Aerokosmik Qüvvələrinin yüzlərlə yeni və modernləşdirilmiş qırıcıları çıxacaq. Havada döyüş qısa müddət çəkəcək və Ukrayna Hərbi Hava Qüvvələrinin qalib gəlmək şansı yoxdur,- "Forbes" yazıb.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.

ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Təyyarə  





Xəbər lenti