Kiyev Rusiya "İskəndər"lərinin hədəf zonasına salınıb |
General-mayor belə hesab edir ki, indiki təhlükə hətta soyuq müharibə dövründə də olmayıb.
- Uzun müddətdir ki, ABŞ ordusu dünyanın düşmənin bizdən heç bir üstünlüyünün olmadığı müxtəlif yerlərində müxtəlif münaqişələrdə iştirak edir. Bu müddət ərzində Rusiya və Çin qabaqcıl silahların öyrənilməsində böyük irəliləyişlər əldə edə biliblər-, Stoss qeyd edib.
Amerika rəsmisi xüsusilə nüvə daşıya bilən hipersəs raketlərinin hazırlanmasına diqqət çəkib. O, ən böyük təhlükə kimi Rusiyanı görüb. Çünki onun “yeni silahı” dağıdıcı gücə malikdir. Eyni zamanda, onu istifadə etmək o qədər də təhlükəsiz deyil. General-mayor onu da qeyd edib ki, bir çox amerikalı ekspertlər bunu “uçan Çernobıl” adlandırırlar.
Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.
ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.
Tural Tağıyev
AzVision.az