Kiyev Rusiya "İskəndər"lərinin hədəf zonasına salınıb

   Kiyev Rusiya    "İskəndər"lərinin hədəf zonasına salınıb
  07 Fevral 2022    Oxunub:1661
Rusiya ilə Ukrayna arasında yaranmış gərginlik bölgədə yeni münaqişə ocağının meydana gələcəyindən xəbər verir. Artıq Rusiya mediası müharibə başlayacağı təqdirdə "İskəndər" raketlərinin belə işə düşəcəyindən yazır.
AzVision.az xəbər verir ki, Rusiya hərbi saytları raketlərin Ukraynada dağıdıcı gücə malik olacağı barədə maraqlı yazı dərc ediblər.

ABŞ kəşfiyyat təyyarəsi rus qoşunlarını izləyir - FOTO
- Qərb mediası “Maxar Technologies” şirkətinin peyk görüntülərinə istinad edərək Rusiyanın ordu və texnikasını Belarus-Ukrayna sərhədinə cəmlədiyini açıqlayıb. Xüsusilə, söhbət Belarusun Yelsk şəhəri ərazisində artilleriya cəmlənməsindən gedir. Məqalədə bildirilir ki, ərazidə Rusiyanın “İskəndər” əməliyyat-taktiki kompleksləri (OTRK) aşkar edilib.

Məqalə müəlliflərinin fikrincə, komplekslərin yerləşdiyi yerdən Ukrayna sərhədinə qədər olan məsafə cəmi əlli kilometrdir. “İskəndər-M” kompleksinin raket sursatının çəkisi 3,8 tondur və çəkisi 480 kq olan döyüş başlığı var ki, bu da düşmənin stasionar hərbi obyektlərinin, o cümlədən aerodromlar, anbarlar, komanda idarəetmə mərkəzlərinin məhv edilməsində çox effektivdir,-məqalədə yazılıb.



Qərb mediasından olan jurnalistlərə istinadə edən Rusiya hərbi saytları yazırlar ki, bu raket sistemləri hazırkı yerləşdiyi yerlərdən Ukraynanın şimalındakı istənilən obyekti, o cümlədən düz xətt üzrə cəmi 200 kilometrlik məsafədə olan Kiyevə zərbələr endirmək iqtidarındadır.

- Qərb jurnalistləri, siyasətçiləri və analitikləri hər gün Rusiya Federasiyasının Ukraynaya gözlənilən hücumundan xəbər verirlər. Rusiyada işğala hazırlıqla bağlı bütün ittihamlar rədd edilir və rəsmilər deyirlər ki, Qərbin təbliğ etdiyi anti-Rusiya kampaniyası qorxu, panika və nifrət yaratmaq məqsədi daşıyır. Belarus ərazisində Rusiya hərbi texnikasına gəlincə, fevralın 10-dan fevralın 20-dək orada Rusiya-Belarus birgə təlimlərinin praktiki hissəsi keçiriləcək.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.

ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   İskəndər  





Xəbər lenti