Rusiyada həyat rəngini itirir – FOTOLAR

   Rusiyada həyat rəngini itirir –    FOTOLAR
  06 İyul 2022    Oxunub:1670
İsveçrənin “Tetra Pak” şirkəti Rusiya bazarını tərk etməsə də, idxal olunan karton, boya, laminasiya vərəqi və lak sarıdan böyük çətinliklər yaşayır. Çünki Rusiyaya tətbiq olunan geniş sanksiya siyahılarına daxil edilən bu məhsulların anbardakı miqdarı gündən-günə azalmaqdadır.
Çıxış yolunu boyaya qənaətdə görən şirkət rəsmiləri digər tədarükçülərdən xammal arasalar da, heç kim Rusiyaya tələb olunanları ixrac etməyə cürət etmir. Nəticədə qutular cildini dəyişir...


Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Denis Manturovun sözlərinə görə, "istehlakçı yeni qutulardan qorxmamalıdır və bu, malın keyfiyyətinə heç bir təsir göstərmir..."


Buna baxmayaraq, alıcılar rəflərdə peyda olan meyvə şirələri və süd məhsullarını boyası azaldılmış, arxa və yan tərəfləri isə ümumilikdə bəyaz olan qutuları təəccüblə qarşılayır və şəkillərini sosial şəbəkələrdə paylaşırlar.


Riteyl şəbəkəsinin proqnozlarına görə, qışda istehsal edilən bəzi mallar hələ də anbarlardadır. Elə isə, payızın sonunda Rusiya vətəndaşları boyasız deyil, ümumiyyətlə, qutusuz məhsul almağa məcbur olacaqlar. Sovet İttifaqına qayıdış yolunda dükana öz şüşə qabınla getmək də varmış...


Hans Kloss
AzVision.az üçün


Teqlər: Rusiya  





Xəbər lenti