İrəvanda aksiya: Ermənilər "qaçqınlıq" statusu davası edirlər

      İrəvanda aksiya:    Ermənilər "qaçqınlıq" statusu davası edirlər
  06 İyul 2022    Oxunub:966
Ermənistanda növbəti dəfə etiraz aksiyası keçirilib.AzVision.azxəbər verir ki, bir vaxtlar Azərbaycan torpaqlarında məskunlaşmış və Qarabağ müharibəsi zamanı qaçan ermənilər hökumət binası yaxınlığında oturaq aksiya təşkil ediblər.
İrəvanda aksiya: "Bizi unutdurur, "qaçqın" statusu vermək istəmirlər"
Onların fikrincə, etiraz aksiyası uzunmüddətli olacaq.

Etirazçı ermənilər havada qaldıqlarını, onlara "qaçqın" statusunun verilməməsindən gileyləniblər. Onlar həmçinin anromal və təxribatçı çağırışlar edərək Ermənistan hakimiyyətini Azərbaycan ərazisi olan Qarabağın "müstəqilliyini" tanımağa və ya İrəvana birləşməsini elan etməyə çağırıblar.
“Hadrut naminə” qeyri-hökumət təşkilatının sədri Levon Hayriyan Sputnik Ermənistan-a açıqlamasında deyib ki, piket iştirakçılarının əsas hissəsi Hadrutdan qaçan ermənilərdən ibarətdir. Aksiya iştirakçıları arasında Şuşada məskunlaşmış keçmiş "sakinlər" də var.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  



Xəbər lenti