Bu rəqəmsal kart həm fakturalı xətt, həm də fakturasız xətt (SimSim) abunəçilərinə bir sıra standart qeydiyyat prosedurlarından keçmədən maliyyə xidmətlərinə asan çıxış imkanı yaradacaq. Qeyd edək ki, “Azercell Telekom” bu layihəni “PAŞA Bank”, “Visa” və “AzİnTelecom” da daxil olmaqla bir sıra tərəfdaşlarla birgə əməkdaşlığı çərçivəsində həyata keçirir.
“FarmHer” layihəsi qadınların inkişafına töhfə verir |
Azercell-in Big Data, Təhlillər və Xüsusi layihələr departamentinin direktoru Azad Hüseynovun qeyd etdiyi kimi, “Bütün ölkəni əhatə edən geniş şəbəkəmizə bankçılıq və fintek funksionallığı əlavə etmək göstərdiyimiz xidmət çeşidinin genişləndirilməsi, müştəri məmnunluğu və bağlılığının gücləndirilməsi və, əlbəttə ki, biznesin dayanıqlılığı baxımından bizim üçün böyük imkanlar yaradır.”
Bu yeni məhsulun ilk istifadəçiləri olmaq istəyən abunəçilərimiz üçün www.azercell.com səhifəsi vasitəsilə öncədən sifariş imkanı artıq mümkündür. Bunun üçün Azercell-in rəsmi saytında qeydiyyatdan keçmək kifayətdir.
Xatırlatmaq istərdik ki, məhz Azercell bir neçə il öncə ilk olaraq özünün “Kabinetim” tətbiqi vasitəsilə “Mobil Ödəmə” xidmətini bazarda təqdim etmişdir. Azercell Rəqəmsal Kartı mobil rabitə bazarında maliyyə xidmətləri sahəsində dönüş nöqtəsinə çevrilərək istifadəçilərə rəqəmsal texnologiyaların imkanlarını daha yaxın və rahat edəcək.