The Sun: Conson Kraliça II Elizabetə zəng edib

      The Sun:    Conson Kraliça II Elizabetə zəng edib
  07 İyul 2022    Oxunub:1467
Böyük Britaniyanın Baş naziri Boris Conson kraliça II Yelizavetaya vəzifəsini tərk etmək niyyəti barədə məlumat verib.
Bu barədə Britaniyanın "The Sun" tabloid qəzeti məlumat yayıb. Baş nazir bu gün kraliçaya zəng edərək istefa verəcəyini bildirib.

Qeyd edək ki, son günlər Böyük Britaniyada siyasi böhran yaranıb. Hakim Mühafizəkarlar Partiyasının rəhbərliyi hökumət başçısı B.Consonu siyasi təşkilatın fəlsəfəsi və dəyərlərini risk altında qoymaqda günahlandırırlar. Britaniya hökumətinin üçdəbir hissəsi buna etiraz olaraq istefa verib. Xatırladaq ki, B.Conson Baş nazir olmaqla yanaşı Mühafizəkarlar Partiyasının da sədridir.

AzVision.az



Teqlər:



Xəbər lenti