Qlobal iqtisadi böhran gözlənilir: XƏBƏRDARLIQ EDİLDİ

   Qlobal iqtisadi böhran gözlənilir:    XƏBƏRDARLIQ EDİLDİ
  07 İyul 2022    Oxunub:1363
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgieva gələn il qlobal iqtisadi böhranın olacağına dair xəbərdarlıq edib.

O açıqlamasında son iqtisadi məlumatların ikinci rübdə Çin və Rusiya kimi böyük iqtisadiyyatlarda yavaşlama və daralmaya işarə etdiyini söyləyib. "Risklər artıb, tənəzzül ehtimalını göz ardı edə bilmərik”, - deyən BVF rəhbəri 2022 və 2023-cü illərin çətin dövr olacağını vurğulayıb:

2023-cü il üçün tənəzzül riskləri artıb. BVF 2022-ci il üçün daha əvvəl 3,6 faiz açıqlanan qlobal iqtisadi artım proqnozunu yaxın günlərdə aşağıya doğru yenidən nəzərdən keçirəcək. Bu, BVF-nin 2022-ci il üçün artım proqnozunun üçüncü reviziyası olacaq. BVF-nin iyulun son həftəsində 2022 və 2023-cü illər üçün qlobal ÜDM artımı proqnozlarına yenidən baxacaq”.
AzVision.az



Teqlər:





Xəbər lenti