|
| Yaponiyanın keçmiş Baş naziri vəfat etdi |
ABŞ dövlət katibi Entoni Blinken də sui-qəsd cəhdinə toxunub. “The Times of India” qəzeti yazır ki, Blinken Abeyə qarşı təşkil olunmuş hücumdan təəssüfləndiyini deyib.
- Bu, çox, çox kədərli bir məqamdır... Düşüncələrimiz, dualarımız onunla, ailəsi ilə, Yaponiya xalqı ilədir, - Blinken qeyd edib.
O fikirlərinə onu əlavə edib ki, ümumilikdə Birləşmiş Ştatlar da “dərin kədər və dərin narahatlıq hissi keçirir”. Baş diplomatın sözlərinə görə, onun eks-baş nazirin hazırkı durumu barədə məlumatı yoxdur.
Qeyd edək ki, bu gün Şinzo Abeyə silahlı hücum olub. İnsident Yaponiyanın Nara şəhərində küçədə baş verib. Keçmiş dəniz piyadası, 41 yaşlı Tetsuya Yamaqami Abeyə arxadan iki dəfə atəş açıb. Şinzo Abe boyun və sinəsindən güllə yarası alıb.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


