Abeni güllələyən şəxs polisə belə ifadə verdi

   Abeni güllələyən şəxs polisə belə ifadə verdi
  08 İyul 2022    Oxunub:1011
Xəbər verdiyimiz kimi Yaponiyanın keçmiş baş naziri Sindzo Abe Nara şəhərində keçirilən tədbirdə güllələnib. İki güllə yarası alan keçmiş baş nazir təcili xəstəxanaya aparılıb.
Hücumu törətdiyi iddia edilən və Dəniz Özünümüdafiə Qüvvələrinin keçmiş üzvü olduğu iddia edilən 41 yaşlı Yamaqami Tetsuya hadisə yerindən uzaqlaşa bilməmiş yaxalanıb.

Abeni güllələyən silahlı şəxs polisə “Mən ondan razı deyildim və onu öldürmək istədim” deyib.

Yaponiyanın baş naziri Fomio Kişida bildirib ki, Sindzo Abenin səhhəti ağırdır.



Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti