Ukraynada Britaniyanın iki raket kompleksi vurulub

   Ukraynada Britaniyanın iki raket kompleksi vurulub
  08 İyul 2022    Oxunub:1360
Rusiya hərbçiləri Ukraynada Böyük Britaniyadan gətirilmiş yüksək dəqiqlikli dəniz silahlarını vurub. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, məhv edilən silahlar gəmi əleyhinə raket və buraxılış qurğuları olan “Harpun” olub.

Bundan əlavə, Rusiya Aerokosmik Qüvvələrinin Kramatorsk şəhərinə endirdiyi yüksək dəqiqlikli zərbə nəticəsində “Toçka-U” raket sisteminin iki buraxılış qurğusu və Ukraynanın 150-dən çox əsgər və zabiti məhv edilib.

Müdafiə Nazirliyinin bəyanatında o da qeyd edilir ki, Rusiya Silahlı Qüvvələri Nikolayev vilayətində Ukraynanın 375-ə qədər silahlısını öldürüb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti