"Independent" Consonun partiya xəzinəsindən nəhəng xərclərini ifşa etdi

      "Independent"    Consonun partiya xəzinəsindən nəhəng xərclərini ifşa etdi
  08 İyul 2022    Oxunub:996
Böyük Britaniyanın istefa verən baş naziri Boris Consonun ailəsi ilə birlikdə yaşadığı "Dauninq-strit"dəki 11 nömrəli evin təmiri 200 min funt-sterlinqə başa gəlib. Məlum məbləğ 2020-ci ildə xərclənib.
"Conson bizi təcrid edirdi, partiyası onu təcrid etdi" - Lavrov
Bu rəqəm isə baş nazirlər üçün nəzərdə tutulmuş illik 30,000 funt-sterlinq büdcədən yeddi dəfə çoxdur. AzVision.az xəbər verir ki, bu barədə "Independent" qəzeti məlumat yayıb. Məşhur nəşr kustar üsullarla mebel istehsal edən şirkət olan "Soane Britain" tərəfindən Jonsona göndərilən rəsmi fakturanın surətinə istinadən edib.

Britaniya mediasında yayılan sənədlərdə baş nazirin təmirin maliyyələşdirilməsi üçün Mühafizəkarlar Partiyasından vəsait topladığı da göstərilib. Baxmayaraq ki, Consonun ofisi işin xərclərini öz vəsaiti hesabına ödədiyini iddia edirdi.

Ən bahalı alış isə ümumi dəyəri 15 000 funt sterlinqdən çox olan iki qonaq otağı divanı olub. Bundan başqa, mətbəx üçün səkkiz kreslo -11 000, xalça-7 000 və lampa 6 000 funt sterlinq olub. Ən ucuz əşya isə 500 funt sterlinqlik mətbəx süfrəsidir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Britaniya   Təmir   Conson  



Xəbər lenti