Rusiya Suriya ilə bağlı qətnaməyə veto qoydu

   Rusiya Suriya ilə bağlı qətnaməyə    veto qoydu
  08 İyul 2022    Oxunub:1018
Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyaya transsərhəd yardım mexanizminin uzadılmasına dair Qərbin qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə edib.
AzVision.az bu barədə TASS-a istinadən xəbər verir.

Çin səsvermədə bitərəf qalıb, Təhlükəsizlik Şurasının qalan üzvləri layihəni dəstəkləyib.

İrlandiya və Norveç tərəfindən hazırlanan sənəddə mexanizmin bir il - 2023-cü ilin iyul ayına qədər davam etdirilməsi nəzərdə tutulurdu.

AzVision.az


Teqlər:



Xəbər lenti