Rusiya “Şimal axını”nı müvəqqəti dayandırdı
Qeyd olunub ki, “Türk axını” və “Mavi axın” (hər iki qaz kəməri də may və iyun aylarında planlı təmirdən keçiblər) vasitəsilə qaz tədarükü Türkiyə, həmçinin Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulub.
Qaz kəmərinə texniki baxış üçün profilaktik dayanmalar ildə bir dəfə həyata keçirilir və qaz hasilatı və çatdırılmasının bütün zəncirinə təsir göstərir, lakin enerji şantajı fonunda Avropa İttifaqı Rusiyanın təmirdən istifadə edərək təchizatı tamamilə dayandıracağından ehtiyat edir.
İyunun ortalarında Rusiyanın qaz inhisarçısı “Qazprom” “Şimal axını-1” boru kəməri ilə Almaniyaya qaz tədarükünü əhəmiyyətli dərəcədə azaldıb və bunu Almaniyanın “Siemens” konserni tərəfindən idarə olunan avadanlıqların təmirinin gecikməsi ilə izah edib.
AzVision.az
Teqlər: