Yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər cərimələnib

Yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər cərimələnib
  12 İyul 2022    Oxunub:1584
Yükdaşıma fəaliyyəti ilə məşğul olan 12 sürücü cərimələnib. Bu barədə AzVision.az -a Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən gün Baş DYP İdarəsinin stasionar postlarında 12 belə hal aşkar olunaraq sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 600 (altı yüz) manat cərimə edilib: "Bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük parametrlərini aşma hallarının müəyyən ediləcəyi təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхslər altı yüz mаnаt məbləğində, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə yol vermiş vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər".

AzVision.az



Teqlər: Sürücü  





Xəbər lenti