Dünən Ukraynanın vurduğu silah anbarı hələ də yanır

Dünən Ukraynanın vurduğu silah anbarı hələ də yanır
  12 İyul 2022    Oxunub:1084
Dünən Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulan Rusiyanın Nova Kaxovkadakı sursat anbarı hələ də partlayaraq yanmaqdadır. Bütün gecə şəhərdə partlayış səsləri eşidilib AzVision.az xəbər verir ki, bu barədə Xerson hərbi administrasiyası rəhbərinin müşaviri Sergey Xlan məlumat yayıb.
Novo-Kaxovka vurulub: 7 ölü, 40 yaralı - VİDEO
O qeyd edib ki, Nova Kaxovkadakı Rusiya anbarlarında baş verən partlayışdan sonra Moskvanın təbliğat maşını bütün gecəni yalan məlumatlar yayıb.

O xatırladıb ki, rus təbliğatçıları Ukrayna Silahlı Qüvvələrinin haranı vurması barədə dəqiq məlumat yaya bilmirdilər. Ya su elektrik stansiyası, ya xəstəxana və yaşayış binaları, ya da Rusiya humanitar yardım mərkəzində partlayışların olması barədə dəqiq olmayan informasiyalar yayıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Anbar  



Xəbər lenti