Təhsil Nazirliyindən yeni qərar

Təhsil Nazirliyindən yeni qərar
  14 Fevral 2013    Oxunub:1940
Təhsil Nazirliyi 3 təhsil müəssisəsini qeydiyyata alıb
Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Bakı şəhər 225 nömrəli tam orta məktəb, Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey, Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbin akkreditasiyasının nəticələri müzakirə olunub.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq, ümumi təhsil müəssisələrinin akkreditasiyasının tədris ocaqlarının fəaliyyət səviyyəsinin yüksəldilməsi və tədrisin keyfiyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini bildirib. Qeyd olunan təhsil müəssisələri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
O, ümumi təhsil müəssisələrinin qeydiyyatı ilə bağlı qarşıda duran vəzifələrə dair fikirlərini bildirib, müvafiq tövsiyə və tapşırıqlarını verib.
İclasda Bakı şəhər 225 nömrəli tam orta məktəb, Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey, Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbin fəaliyyətinin “kafi” qiymətləndirilməsi, qeyd olunan təhsil müəssisələrinin akkreditə olunması barədə qərar qəbul edilib.



Teqlər:





Xəbər lenti