Pol Qobl: “Ruslar Qarabağdan çıxmasa, Bakı türkləri çağırmalıdır”

      Pol Qobl:    “Ruslar Qarabağdan çıxmasa, Bakı türkləri çağırmalıdır”
  13 İyul 2022    Oxunub:4828
“Mən həqiqətən ümid edirəm ki, qalma müddəti bitdikdən sonra Rusiya sülhməramlıları Qarabağdan çıxarılacaq, Bakı onların getməsində və ya Türkiyə sülhməramlılarının Rusiya kontingentinə qoşulmasında israr edəcək”.
Bu sözləri AzVision.az -a açıqlamasında tanınmış amerikalı analitik, ABŞ dövlət katibinin keçmiş xüsusi müşaviri Pol Qobl deyib. O bildirib ki, Rusiyanın Qarabağa heç bir halda “sülhməramlı əməliyyatlar” adı altında adam göndərməsinə icazə verilməməliydi.

“Qorxuram ki, Moskva Qarabağı tərk etmək istəməsin, çünki artıq orada özünə möhkəm yer edib. Üstəlik, Bakıda və İrəvanda niyə orada rus qoşunlarının olması barədə heç danışmırlar. Rəsmi Bakı Rusiya qoşunlarının 5 illik səlahiyyət müddəti başa çatan kimi onları sıxışdırıb çıxarmaq üçün Qərbdə dəstək axtarmalıdır. Amma hələ ki mən bunu etmək istəyi görmürəm”,- amerikalı analitik bildirib.

Seymur Məmmədov
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti