Rusiya ordusunda komandir çatışmazlığı yarandı

   Rusiya ordusunda komandir çatışmazlığı yarandı
  14 İyul 2022    Oxunub:904
Ukraynada Rusiyanın Volqoqrad 20-ci qvardiya motoatıcı diviziyasının komandiri, polkovnik Aleksey Qorobets ölüb.
Məlumatı Rusiyanın RBK telekanalı yayıb. Bildirilib ki, həyat yoldaşı Anna Qorobets ərinin öldüyü barədə komandanlıqdan telefonla məlumat aldığını deyib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiya qoşunlarında Ukraynaya qarşı müharibədə iştirakdan imtina və ciddi itkilər səbəbindən komandir çatışmazlığı var.

Belə ki, Mərkəzi Hərbi Dairənin 2-ci Əlahiddə Ümumqoşun Ordusunun bölmələrində taqım komandirlərinin şəxsi heyətinin səviyyəsi aşağı olaraq qalır. Səbəb xeyli itkilər və Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirakdan imtinadır.


AzVision.az




Teqlər:





Xəbər lenti